• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Beynəlxalq Valyuta Fondu Yunanıstanla danışıqları dayandırıb

  • Dünya
  • 12 İyun 2015 04:18
  • 253 Baxış
Beynəlxalq Valyuta Fondu Yunanıstanla danışıqları dayandırıb

Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstana yardım proqramı üzrə danışıqları dayandırıb.

Bu addım problemin müzakirəsində heç bir irəliləyişə nail olunmaması səbəbindən atılıb.

Bu barədə BVF-nin nümayəndəsi Gerri Rays məlumat verib. O qeyd edib ki, tərəflər arasında əksər mühüm məsələlərə dair ciddi fikir ayrılıqları qalır.

“Biz razılaşma əldə olunmasından çox uzağıq” – nümayəndənin bəyanatında belə deyilir. Onun sözlərinə görə, fondun ekspertlər komandası Brüsseldən geri çağırılıb. “İndi söz Yunanıstanındır” - deyə Rays bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR