1800 qadının erotik görüntülərini qeydə aldı
Bizi izləyin

Dünya

1800 qadının erotik görüntülərini qeydə aldı

Türkiyənin Kocaeli vilayətində özünü moda agentliyinin sahibi kimi təqdim edən bir nəfər tutulub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, E.Ç. adlı şəxs kömpüterdə kamera görüntüsü ilə söhbət etdiyi qadınların görüntülərini əldə edib.

E.Ç. daha sonra həmin qadınları şantaj edərək onlardan pul tələb etməyə başlayıb. Kocaeli Polis Təşkilatı saxladığı şəxsin telefon və kompüterində, həmçinin disklərində erotik görüntüləri ehtiva edən 1800 kamera qeydini aşkarlayıb.

Onun qurbanı arasında xarici ölkələrin vətəndaşları da olub. Şübhəli ifadəsində günahını etiraf edib və iş tapa bilmədiyi üçün belə bir “işə” başladığını bildirib. E.Ç. ifadəsində təxminən 3 ildir qadınlarla etdiyi kamera söhbətləri və onların erotik görüntülərini qeydə aldığını bildirib.

Polis zərərçəkən şəxslərin tapılması istiqamətində işə başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm