Dünya
Ukrayna ŞOKDA: ABŞ “Azov” batalyonunu “qara siyahı”ya saldı
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynanın “Azov” könüllü batalyonunun hərbi hazırlığında Amerika hərbçilərinin iştirakını qadağan edən düzəlişi qəbul edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə düzəlişlərin müəllifi demokrat senator Con Konersin saytında bildirilir.
“Mən minnətdarlığımı ifadə edirəm ki, Nümayəndələr Palatası mənim düzəlişlərimi dünən gecə bir səslə qəbul etdi. Düzəlişlər zəmanət verir ki, bizim hərbçilərimiz iyrənc neonasist “Azov”un üzvlərini öyrətməyəcəklər”, - Koners qeyd edib.
Senator mətbuatda gedən və könüllü batalyonun neonasist mahiyyətini göstərən yazılara istinad edib. Məsələn, “Foreign Policy” jurnalı Ukrayna Milli Qvardiyasının bu hərbi birləşməsini “səmimi neonasist” və “faşist” kimi xarakterizə edib. “Washington Post” nəşrinə əsasən, hakimiyyət münaqişənin diplomatik yolla həllinə meyilli olacağı halda batalyonun üzvləri silahı Ukrayna hökumətinə qarşı çevirə bilərlər.
Bundan əvvəl isə Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirmişdi ki, “Azov” Pentaqonun təlim keçəcəyi ilk hərbi birləşmələrdən biri olacaq.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!