Ərdoğan geri qayıdır, Davudoğlu yola salınır... – Gizli toplantıdan şok iddialar
Bizi izləyin

Dünya

Ərdoğan geri qayıdır, Davudoğlu yola salınır... – Gizli toplantıdan şok iddialar

Türkiyədə internet fenomeni hesab olunan “Fuat Avni” növbəti dəfə gündəmi sarsıdacaq iddialarla çıxış edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Fuat Avni” AKP-CHP-MHP üçbucağı və prezident Ərdoğanın AKP-nin rəhbərliyinə qayıtma planlarından yazıb.

İddiaya görə, seçkilərdən dərhal sonra Ərdoğan yaxın ətrafındakı şəxslərlə çox gizli bir toplantı keçirib. Deyilənə görə, toplantıda iki variant haqqında müzakirələr aparılıb: əvvəlcə hökumətin qurulmasına mane olaraq növbədənkənar seçkilərə getmək, bu mümkün olmasa MHP ilə koalisiya hökuməti qurmaq. Toplantıda növbədənkənar seçkilərin keçiriləcəyi halda MHP-nin səslərinin təxminən 4 faizinin HDP-nin seçki baryerini keçməsinə reaksiya olaraq AKP-yə səs verəcəyi bildirilib.

“Ən böyük qorxu PKK-nın silahı yerə qoyması ilə bağlıdır. Bu vəziyyətdə HDP-nin səsləri artar, buna icazə verilməməli”, - toplantıda bildirilib.

İddiaya görə, gizli toplantıda baş nazir Əhməd Davudoğlu ilə davam etmənin mümkün olmadığı, keçmiş prezident Abdulla Gülün isə partiyanı ya ələ keçirəcəyi, ya da böləcəyi bildirilib. “Prezident istefa versə, yerini kimə və necə vəkalət edəcəyi ilə bağlı prosedur araşdırılır”, - “Fuat Avni” yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm