Vaşinqton Ukrayna-Rusiya müharibəsinə “yaşıl işıq” yandırdı
Bizi izləyin

Dünya

Vaşinqton Ukrayna-Rusiya müharibəsinə “yaşıl işıq” yandırdı

ABŞ Konqresi Ukraynaya ölümcül silahların çatdırılmasını nəzərdə tutan düzəlişi ölkənin hərbi büdcəsinin qanun layihəsinə daxil edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “New York Times” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Senat tərəfindən daxil edilən düzəlişlər Ukraynaya tank əleyhinə raket kompleksləri, minaatanlar, qumbaraatanlar və döyüş sursatlarının çatdırılmasını nəzərdə tutur. Analoji düzəlişlər bundan əvvəl Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edilib.

Qeyd edək ki, ABŞ artıq Ukraynaya hərbi yardım göstərir. Ancaq bu yardıma müxtəlif hərbi yüklər, o cümlədən avadanlıq və təchizat daxildir. ABŞ prezidenti Barak Obama isə Ukraynaya hücum silahlarının çatdırılmasına qarşı çıxır. Hesab edilir ki, bu Donbas hövzəsində münaqişənin gərginləşməsinə gətirib çıxara bilər.

Dünən isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Rusiyanın yeni müdaxiləyə və Ukraynanın şərqində təcavüzə hazırlaşdığını bildirib.

“Biz obyektiv danışmalıyıq ki, münaqişə yenidən aktiv hərbi mərhələyə qədəm qoyur. Fəallıq yaxın günlərdə xüsusilə aktualdır. Bizim informasiyamıza görə, Rusiya Ukraynanın şərqinə müdaxiləyə hazırlaşır. Bu səbəbdən də hərbçilərimizin və müdafiə-sənaye kompleksinin əsas məsələsi müdaxiləyə hazırlaşmaqdır”, - Turçinov vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm