Məşhur ekstrasens oğlundan uşaq dünyaya gətirmək istədi - FOTO
Bizi izləyin

Dünya

Məşhur ekstrasens oğlundan uşaq dünyaya gətirmək istədi - FOTO

Bir neçə gün əvvəl Moskvada vəfat edən məşhur ekstrasens Cuna haqqında inanılmaz məlumatlar yayılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Cuna 2001-ci ildə avtomobil qəzasında həlak olmuş oğlundan uşaq dünyaya gətirmək istəyib. Bu məqsədlə Vaxtanqın ölümündən sonra Cuna oğlunun spermalarını dondurub və gələcəkdə surroqat ana olmağı planlaşdırıb.

Moskva klinikalarından birinin baş həkimi deyib: “Biz Cunayla 10 il bundan əvvəl tanış olmuşuq. O, mənim yanıma gələrək mərhum oğlunun klonlaşdırılmasını istəyirdi. Mən ona bunun mümkün olmadığını izah etdim. Çünki klonlaşdırma üçün diri toxumalar lazımdır, həmin vaxt isə onun oğlu artıq ölmüşdü”.

Bir müddətdən sonra, Cuna klinikaya yenidən zəng edərək Vaxtanqın toxumalarını əldə etdiyini deyib. Onun sözlərinə görə, Ginekologiya institutun mütəxəssisləri meyitxanaya yerləşdirilmiş Vaxtanqdan diri toxumaları əldə edə biliblər.

Baş həkimin verdiyi məlumata görə, Cuna surroqat ana olmaq və nəvəsini dünyaya gətirmək istəyib. Lakin baş həkim Cunanı bu fikirdən daşındırmağa çalışıb, çünki bu, onun sağlamlığı üçün mənfi təsir göstərə bilərdi. Buna baxmayaraq, 66 yaşlı ekstrasens öz fikirlərində təkid edib. Amma əcəl onun istəyini həyata keçirməsinə imkan vermədi.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm