Yoldaş tapa bilmədiyi üçün özünü asdı
Bizi izləyin

Dünya

Yoldaş tapa bilmədiyi üçün özünü asdı

Yoldaş tapa bilmədiyi üçün özünü asdı

Cənubi Koreyanın ən baxımlı kanallarının birində yayımlanan evlilik şoularının birində iştirak edən xanım iştirakçı sui-qəsd edərək özünü asıb.

Çun soyadlı 29 yaşlı qadın “həyat yoldaşı” kimi tərcümə olunan “Jjak” evlilik şousunda iştirak edirdi.

SBS kanalının təşkil etdiyi şouda 10 kişi və 10 qadın 1 həftə müddətində bir evdə qalırlar, onların hər bir hərəkəti kanal heyəti tərəfindən izlənilir və son anda isə özlərinə yoldaş tapıb şounu tərk edirlər.

“Jjak” əvvəllər özünə yoldaş tapa bilməyən iştirakçıları tək yeməyə vadar etməklə cəzalandırardı. Qadın ailə və dostlarına verilişin işçi heyətindən şikayət edərək bildirib ki, “Jjak”-ın prodüserləri onu özünü tənha və “bədbəxt” qız kimi hiss etdirməyə məcbur edib. Bundan sonra isə Çun yaşamaq istəmədiyi haqqında məktub yazaraq özünü asıb.

Kanal keçən gecə verilişin yayımını dayandırıb və baş verənlərlə əlaqədar olaraq Çunun ailəsindən üzr istəyib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm