MOSSAD-ın ŞOK PLANI: Ərdoğan, bölünmüş Türkiyə və “erməni soyqırımı”
Bizi izləyin

Dünya

MOSSAD-ın ŞOK PLANI: Ərdoğan, bölünmüş Türkiyə və “erməni soyqırımı”

İsrailin kəşfiyyat qurumu MOSSAD-ın üst rütbəli agenti hökumətə Türkiyə ilə bağlı bir “Yol xəritəsi” təqdim edib.

Publika.az xəbər verir ki, bu iddia ilə “Haber7” saytının yazarı Taha Dağlı çıxış edib.

Onun sözlərinə görə, planda iki əsas maddə var: “erməni soyqırımı”nı tanımaq və müstəqil “Kürdüstan dövləti”ni qurmaq. Planı hazırlayan MOSSAD agenti Eliezer Tsafririn kod adı “Geizi”dir. MOSSAD-ın Türkiyəni və kürdləri ən yaxşı tanıyan agenti hesab olunan Tsafrir illərlə MOSSAD-ın Şimali İraqda nümayəndəsi vəzifəsini yerinə yetirib.

MOSSAD-ın agentinin gündəmində 7 iyun parlament seçkilərindən sonrası qurulacaq hökumət var. Hədəf AKP-nin təmsil olunmadığı bir koalisiya hökümətidir.

"Erməni soyqırımı”nın tanınması və təzminatın ödənilməsinin lazım olduğunu söyləyən Tsafririn planında müstəqil “Kürdüstan”, həm də Türkiyə torpaqları üzərində qurulacaq bir “Kürdüstan”dan bəhs edir. Türkiyədə 30 milyondan çox kürdün olduğunu bildirən MOSSAD agenti kürdlərin bu torpaqlarda türklərdən daha əvvəl yaşadığını və müstəqil dövlətə layiq olduqlarını düşünür.

Taha Dağlı qeyd edir ki, Ərdoğan liderliyindəki Türkiyə 2009-cu ildən etibarən MOSSAD-ın Türkiyədəki hakimiyyətinə son qoyaraq İsrailin bölgədəki gücünə zərbə vurub. Onun sözlərinə görə, qurulacaq AKP-siz bir hökumət MOSSAD-ın Türkiyəyə qayıtmasına imkan yarada bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm