• USD 1,7008 0,00% EUR 2,0296 -0,23%
    • GBP 2,3031 -0,29% RUB 0,0295 +0,34%

65 ildir qarnında güllə ilə yaşayır

  • Dünya
  • 12 İyun 2015 23:10
  • 431 Baxış
65 ildir qarnında güllə ilə yaşayır

Çində 94 yaşlı kişi 65 ildir qarnında güllə ilə yaşayır.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 65 il əvvəl müharibədən qayıtmış Duan Zhincai qarın ağrısı ilə həkimə gedib.

Həkimlər müayinə nəticəsində yaşlı kişinin qarnında güllə olduğunu müəyyən ediblər. 94 yaşlı kişi 1943-cü ildə Yaponiyaya qarşı vuruşub və 1950-ci Koreya müharibəsinə qatılıb. Zhincai müharibədə yaralandığını və həmin gün ucu şiş olan bir seyin üzərinə düşdüyünü xatırladığını deyib.

Beləliklə, o, 65 ildir qarnında güllə ilə yaşayıb. Həkimlər kişinin yaşını nəzərə alaraq gülləni əməliyyatla çıxarmayıblar. Zhincai ölənə qədər güllə onun bədənində qalacaq.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>