Saakaşvili yarım tok heroin ələ keçirdi
Bizi izləyin

Dünya

Saakaşvili yarım tok heroin ələ keçirdi

Ukrayna tarixində ən genişmiqyaslı narkotik əməliyyatı keçirilib.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, əməliyyatın gedişatında yarım ton heroin ələ keçirilib.

Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən ölkənin cənub liman şəhəri Odessada keçirilən əməliyyat zamanı 6 nəfər saxlanılıb. Ələ keçirilən narkotikin Odessaya gəmi ilə gətirildiyi bildirilir.

Rəsmi məlumatlara görə, ələ keçirilən narkotikin bazar dəyəri təxminən 70 milyon dollardır. Narkotik şəbəkəsi Yaxın Şərqdən aldığı narkotikiİran -Türkiyə-Ukrayna-Polşa marşrutu üzrə Avropa ölkələrinə çatdırmağı planlaşdırırdı.

Qeyd edək ki, təxminən iki həftə əvvəl Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru təyin edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm