Qırx illik savaşı bir türk bitirəcək
Bizi izləyin

Dünya

Qırx illik savaşı bir türk bitirəcək

Filippində ötən il hökumətlə sülh razılaşması imzalayan Moro İslam Qurtuluş Cəbhəsi gələn həftə silahı yerə qoymağa hazırlaşır.

Publika.az “Haberler.com” saytına istinadən xəbər verir ki, prosesə Türkiyənin bu ölkədəki səfiri Haydar Berkin rəhbərlik etdiyi müstəqil qrup nəzarət edəcək.

Silahın təhvil verilməsi prosesi iyunun 16-da başlayacaq. Moro İslami Qurtuluş Cəbhəsi təxminən 40 il davam edən və 120 min adamın ölümünə səbəb olan separatçı hərəkatdan sonra 27 mart 2014-cü ildə Filippin hökuməti ilə sülh razılaşması imzalayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm