Məxfi saxlanılan silah növləri - FOTOLAR
Bizi izləyin

Dünya

Məxfi saxlanılan silah növləri - FOTOLAR

Alim və mühəndislər gündən günə yeni silah, casus avadanlıqları, əsgərlərin müdafiəsi üçün ləvazimatlar hazırlamaqla məşğuldur. Yeni ixtiralar sanki fantastik filmlərdə göstərilən silahlara bənzəyir. Onlardan bəziləri isə ictimaiyyətə təqdim olunmadan sirr kimi saxlanılır.

Publika.az tam məxfi saxlanılan qeyri-adi silah avadanlıqlarını təqdim edir.

Heyvan robotlar

Alimlər qatır və gepard cildində robot növü hazırlayıb. Bu robotlar ağır avadanlıqları müəyyən olunmuş əraziyə daşımaqla məşğuldur. Heyvan robotlar verilən əmrə dərhal reaksiya bildirir və marşrutu seçir. Robotlar hərbi zonalar üçün nəzərdə tutulub. Onları məhv etmək mümkün deyil.

Ağıllı eynək

“Google” şirkətinin mühəndisləri tərəfindən hazırlanmış ağıllı eynəklər 2014-cü ildə Braziliyada təşkil edilmiş sərgidə təqdim olunub. Polislər üçün nəzərdə tutulmuş eynəyin linzası kompüterləşdirilmiş sistem ilə örtülüb. Məhz bu eynək vasitəsilə insanların siması yoxlanılır və yaddaşa verilir. Bundan sonra həmin insan haqda məlumatlar eynək sahibinə ötürülür.

PETMAN

PETMAN (Protection Ensemble Test Mannequin) robotu görkəminə görə heç də əsgərdən fərqlənmir. O, da insan kimi yeriyə, hərəkət edə bilir. Deyilənə görə, robot müharibə vaxtı insan və əsgərlərə yardım etmək üçün yaradılıb.

Qurbanı ləngidən silah

Keçən əsrin 20-ci illərində yayımlanan “Pokemon” cizgi filminin baş qəhrəmanı olan Pikaçu, mühəndisləri yeni silah hazırlamağa sövq edib. Belə ki, Pokemon özündən ildırım buraxmaqla rəqibini iflic edirdi. İndi isə alimlər də, belə bir silah hazırlayıb. Yeni texnologiya qurbanın əzələlərini bloka salmaqla onu keyidir. Lakin bu silah hələ də, insanlar üzərində tətbiq olunmayıb və onun öldürücü gücə malik olması haqda məlumat yoxdur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm