ABŞ-da iki nəfər İŞİD-ə yardım etməkdə ittiham olunur
Bizi izləyin

Dünya

ABŞ-da iki nəfər İŞİD-ə yardım etməkdə ittiham olunur

Massaçisetts ştatında polisə qarşı hücum cəhdində ittiham edilən iki şəxsə İslam Dövlətinə maddi yardım göstərmək ittihamı irəli sürülüb.

ABŞ-ın Ədliyyə Nazirliyinin bildirdiyinə görə, 25 yaşlı Devid Rayt və 24 yaşlı Nikolas Rovinski dünən nəzarət altına alınıb. Onlar bu gün Boston məhkəməsi qarşısına çıxarılıb.

Müttəhimlər Üsama Abdulla Rəhim və naməlum şəxslərlə konspirasiya ittihamı ilə üzləşib. Raytın dayısı Rəhim iyun ayının 2-də polis zabitinə hücum edərkən öldürülüb.

Nazirliyin bəyanatında bildirilir ki, İslam Dövlətinin məqsədlərini dəstəkləyən həmin şəxslər ABŞ daxilində insanlara qarşı hücumlar planlaşdırırdı.

Bu gün daha bir məhkəmədə yeniyetmənin işinə baxılıb. 17 yaşlı gənc İslam Dövlətinə maddi dəstək və qrupun sıralarına adam cəlb etməyə çalışdığını etiraf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm