NATO 5 əfqan əsgərini "səhvən" öldürdüyünü açıqladı
Bizi izləyin

Dünya

NATO 5 əfqan əsgərini "səhvən" öldürdüyünü açıqladı

NATO 5 əfqan əsgərini "səhvən" öldürdüyünü açıqladı

NATO bu gün Əfqanıstanın Logar vilayətində təşkil edilən hava hücumunda ölən 5 Əfqan əsgərinin qəza nəticəsində öldürüldüyünü açıqlayıb.

Movqe.Az xəbər verir ki, NATO spikeri Cathleen Snov öz şərhində, "Ən azı, beş Əfqan Milli Ordusu personalı bu gün səhər saatlarında Əfqanıstanın şərqində keçirilən bir əməliyyatda səhvən öldürülmüşdür" deyib.

Əfqanıstan Müdafiə Nazirliyinin spkieri Zahir Əzimi yazılı şərhində, səhər erkən saatlarında NATO qüvvələri tərəfindən, paytaxt Kabilin yaxın məsafəsində olan Logar şəhərində reallaşan hava hücumunda 5 Əfqan əsgərini öldürdüyünü söyləyib. Hücumda 8 əsgərin də yaralandığını deyən spiker hadisəylə əlaqədar araşdırmaların başlandığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm