• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Putindən Qərbə mesaj: “Rusiyanı kimsə kodlaşdıra bilməyəcək”

  • Dünya
  • 13 İyun 2015 11:57
  • 391 Baxış
Putindən Qərbə mesaj: “Rusiyanı kimsə kodlaşdıra bilməyəcək”

“Rusiyanı yenidən kodlaşdırmağı və öz kodlarını yazmağı kimsə bacamayacaq”.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin söyləyib.

“Ölkəmizdəki vətənpərvərlik duyğusu o qədər dərin və güclüdür ki, kimsə heç bir zaman Rusiyanı yenidən kodlaşdıra bilmədi və bundan sonra da bacara bilməyəcək. Bizi kimsə köklərimizdən qoparıb təcrid edə bilməyəcək”, - Putin söyləyib.

Rusiyanın son 25 illik dövründə keçmişinə və vətəninə bağlılığını bir daha təsdiq etdiyini deyən dövlət başçısı kənardan gələn istəklərlə ölkənin başqa bir formata çevrilməyəcəyini vurğulayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR