MKİ “11 sentyabr” sənədlərini məxfilikdən çıxardı
Bizi izləyin

Dünya

MKİ “11 sentyabr” sənədlərini məxfilikdən çıxardı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 11 sentyabr 2001-ci il terror aktı haqqında sənədləri məxfilikdən çıxarıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, MKİ rəsmi saytında terror aktları haqqında bir sıra sənədlərı dərc etdi.

Xatırladaq ki, 11 sentyabr 2001-ci ildə ABŞ-da bir-biri ilə uyğunlaşdırılmış 4 terror hücumu olub. Hücuma görə, məsuliyyəti Üsamə Bin Ladenin rəhbərlik etdiyi “Əl-Qaidə” üzərinə götürüb. Terrorçular hücumlar üçün dörd avialayner tutublar. Onlardan ikisi Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinə çırpılıb. Ticarət Mərkəzinə hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilib.

Hücumlar nəticəsində 2977 insan həlak olub, 24-ü isə indiyə kimi itkin hesab edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm