• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Cihadın yeni sərhədi: İŞİD Mərkəzi Asiyaya göz dikdi

  • Dünya
  • 13 İyun 2015 13:26
  • 365 Baxış
Cihadın yeni sərhədi: İŞİD Mərkəzi Asiyaya göz dikdi

“İslam dövləti”nin (İŞİD) döyüşçülərinə qarşı yeni cəbhə xətti Tacikistan və Əfqanıstan sərhədləri boyu formalaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə Əhməd Rəşid adlı müəllif “The New York Times” qəzetinin saytında dərc edilmiş “Cihadın yeni sərhədi: Tacikistan” yazısında bildirir.

Yüksək vəzifəli tacik hərbçiləri və kəşfiyyatçıların sözlərinə görə, İŞİD-in minlərlə döyüşçüsü Əfqanıstanın şimalında böyük əraziləri tutub. Onların sözlərinə görə, İŞİD-in buradakı məqsədi strateji əfqan şəhərlərini tutmaq və Mərkəzi Asiyaya keçməkdir. Bildirilir ki, üç qeyri-stabil dövlətdə İŞİD döyüşçülərinin əhəmiyyətli ekspansiyasının perspektivi olduqca yüksəkdir.

Mərkəzi Asiya dövlətlərinin verdiyi rəsmi məlumata görə, regionun təxminən 1500 sakini hazırda Suriyada İŞİD üçün vuruşurlar. Onlardan təxminən 300-ü tacikdir. Tacikistan Daxili İşlər Nazirliyinin polkovniki, xüsusi təyinatlı milis dəstəsinin komandiri (OMON) Qulmurod Xalimovun ölkəni tərk edərək İŞİD terror təşkilatına qoşulması isə ölkə hökuməti üçün böyük şok oldu. O, aprelin sonunda yoxa çıxdı və mayın sonunda yayımladığı videoda İŞİD-ə qoşulduğunu elan etdi. Tacik və Qərb məmurları Qulmurod Xalimovun Tacikistan hökumətinin müdafiə, həmçinin ölkənin təhlükəsizlik güclərinin Rusiya və Çinin dəstəyi ilə keçirəcəyi hərbi təlimlərin planları haqqında informasiyaya malik olmasından ehtiyat edirlər.

Ancaq Tacikistan gənclərinin radikallaşmasının dərəcəsi hələlik az olduğu bildirilir. Ölkənin səkkiz milyonluq əhalisinin əksəriyyəti sufidir. Onlar islam ekstremizminə şübhə ilə yanaşırlar. Çünki 1997-ci ildə başa çatan dağıdıcı beşillik vətəndaş müharibəsi nəticəsində ölkədə 50 min insan həlak olublar. “Bununla belə, onların loyallığı kövrək ola bilər. Prezident Pahmonun 1992-ci ildən idarə etdiyi Tacikistan keçmiş SSRİ-nin ən kasıb ölkəsidir”, - “The New York Times” yazır.

“Xüsusi halda, Mərkəzi Asiya ölkələrinin hökumətləri anlamalıdır ki, islama inamın bütün təzahürlərinin, məsələn kişilərə saqqal saxlamağa qoyulan qadağalar yalnız İŞİD-in xeyrinə işləyir. Belə bir siyasət mütləq radikallaşmaya gətirib çıxaracaq”, - yazıda sonda qeyd edilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR