• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ABŞ Quantanamodan 6 məhbusu “transfer” etdi

  • Dünya
  • 13 İyun 2015 16:55
  • 248 Baxış
ABŞ Quantanamodan 6 məhbusu “transfer” etdi

ABŞ Guantanamo həbsxanasındakı məhbuslardan altısını Omana göndərib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, onlar burada həbsdə qalmaqda davam edəcəklər.

Həbsxananın bağlanması prezident Barak Obamanın yerinə yetirilməyən seçkiqabağı vədlərindən biridir. O, seçki kampaniyasında bildirmişdi ki, Quantanamo həbsxanasının saxlanılması olduqca bahadır və dünyada ABŞ-ın imicinə zərər vurur.

Omana göndərilən məhbuslar 10 ildən çoxdur ki, Quantanamo həbsxanasındadır. Müdafiə Nazirliyindən bildirilib ki, hər məhbusun şəxsi işinə xüsusi komissiya tərəfindən baxılıb və onların Omana həbsxanaya köçürülməsi yekdilliklə bəyənilib. Məlumata görə, müdafiə naziri Eşton Karter bu şəxslərin köçürülməsi haqqında Konqresə şəxsən məlumat verib.

Nazirlikdən bildirilib ki, hazırda Quantanamo həbsxanasında 116 məhbus var.

Quantanamo həbsxanası eyni adlı körfəzdə ABŞ-ın Kubadan 1903-cü ildə icarəyə götürdüyü hərbi dəniz bazasında yerləşir. 2001-ci ildən başlayaraq, həbsxanaya “Əl-Qaidə”, Taliban və digər terror təşkilatlarının üzvləri olduğu bildirilən şəxslərin kütləvi axını başlayıb. Məhbusların çoxları iddia edirlər ki, onların dindirilməsində qadağan edilmiş metodlar tətbiq edilir.

ABŞ Quantanamodakı məhbusları başqa ölkələrə göndərməyə çalışır, amma danışıqlar çətin keçir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR