İtaliyalı cərrahdan baş nəqli üçün Bill Qeytsə müraciət: “Pul ver”
Bizi izləyin

Dünya

İtaliyalı cərrahdan baş nəqli üçün Bill Qeytsə müraciət: “Pul ver”

İtaliyalı cərrah Sercio Canavero dünyada ilk olacaq baş nəqli əməliyyatını amerikalı milyarder Bill Qeytsin pulu hesabına etmək niyyətindədir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, cərrah Amerikada keçirilən bir konfransda zəngin insanlardan ideyasının həyata keçirilməsi üçün dəstək gözlədiyini deyib.

Cərrah konfransından əvvəl ilk dəfə öz potensial pasiyenti - sağalmaz bel atrofiyasından əziyyət çəkən rusiyalı proqramçı Valeri Spiridonovla görüşüb.

“Bill Qeyts kimi zəngin insanlar mənim layihəmi dəstəkləyə bilərdilər. Mən amerikalılardan maliyyə dəstəyi üçün xahiş edirəm, həyatımın otuz ilimi buna sərf etmişəm”, - Kavanero bildirib. O, Ayın səthinə enən “Appolon-11” gəmisinin uçuşuna çəkilən maliyyə xərci ilə əməliyyata lazım olan pulu müqayisə edib.

Amma cərrahlar Kanaveronun konfransda təqdim etdiyi məruzəsinə şübhə ilə yanaşıblar, bəziləri isə təqdimat zamanı zalı tərk ediblər. İtaliyalının çıxışından sonra bir sıra cərrahlar qeyd ediblər ki, əməliyyat prinsip etibarilə mümkündür, amma hazırda onun həyata keçirilməsi üçün lazımı texnologiyalar hazırlanmayıb.

Kanavero və Spiridonov əməliyyatı 2017-ci ildə həyata keçirməyi planlaşdırır. “Capital Gazette”nin qiymətləndirməsinə görə, əməliyyatın keçirməsi üçün təxminən 100 milyon dollar lazım olacaq. Əməliyyatın özü isə 36 saat çəkəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm