“Biz silahla savaşmayacağıq”- Krımda son durum -Özəl - YENİLƏNDİ
Bizi izləyin

Dünya

“Biz silahla savaşmayacağıq”- Krımda son durum -Özəl - YENİLƏNDİ

Tatarlar Krımı tərk edir


“Bəzi tatarlar Krımı tərk etməyə başlayıblar, amma bu kütləvi şəkildə deyil”. Bu barədə Krımın tatarı, publisist-yazar Seyran Süleyman Publika.Az -a açıqlamasında yarımadadakı durumla bağlı bildirib. O, parlamentin qərarına sona qədər dirənəcəkərini deyib: “Krım əhalisi 2 milyondur, onun 300 minə qədəri tatarlardır. Krımda bir milyon rus yaşadığı üçün onlar buranın Rusiyaya birləşdirilməsinə tərəfdar çıxırlar və bu referendum qanununda konkret olaraq keçəcək. Amma Krım tatarları referendumu tanımayacaqlar və keçirilsə belə iştirak etməyəcəklər. Təəssüf ki, bəziləri yarımadanı tərk edirlər, amma bu, kütləvi deyil”.

S. Süleyman qeyd edib ki, onlar silahla savaşmayacaqlar."Əlimizdə sadəcə bayrağımız var. Kiyevdəki yeni hakimiyyətin, Avropanın, Türkiyənin, türk xalqlarının Krım tatarlarının tərəfini tutacağına və bizə dəstək olacaqlarına ümid edirik. Bizim Krımdan çıxmaq niyyətimiz yoxdur. İnşallah, qanunsuz referendumun qarşısının alınacağına inanırıq”-deyə o qeyd edib.

Asif

18.24

Krım tatarları yarımadanı tərk edir.

Publika.Az Ukrayna mediasına istinadən xəbər verir ki, yüzlərlə tatar ailəsi Krımdakı gərgin vəziyyətə görə öz evlərini tərk edərək Lvova keçirlər.

Onlar Lvovda müvəqqəti olaraq yerli sakinlərin ailələrində və sanatoriyalarda yerləşirlər. Gedənlər əsasən qadın və uşaqlardır. Qaçqın düşərgəsinin koordinatoru deyir ki, uşaqlar üçün evlə təminatdan başqa əyləncə, ekskursiyaların təşkilini də düşünürlər. Hətta müəllim və könüllü tərbiyəçilər də onlara xidmət göstərəcək.
“Bu gün bir özəl məktəb uşaqlara 5-ci sinifə qədər pulsuz dərs keçməyi qəbul etdi. Uşaqların üzgüçülüklə məşğul olması üçün də bir hovuz ayırdı”-deyə koordinator Oleq Kolyasa bildirib.

Xatırladaq ki, Krım tatarlarının liderlərindən olan Mustafa Krımoğlu Publika.Az-a müsahibəsində Krımın yenidən Rusiyaya ilhaq edilməsinin onalr üçün növbəti sürgün təhlükəsi yaradacağını söyləmişdi.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm