Zəvvarların avtobusu qəzaya uğradı: 21 ölü
Bizi izləyin

Dünya

Zəvvarların avtobusu qəzaya uğradı: 21 ölü

Hindistanın Andxra-Pradeş ştatında yerləşən Radjamandri şəhəri yaxınlığında zəvvarları daşıyan sərnişin avtobusu Qodavari çayındakı bənddən aşıb.

Zəvvarlar Tirupati şəhərindən qayıdırmış. Hadisə nəticəsində aralarında 8 qadın və 6 azyaşlı uşağın da olduğu azı 21 nəfər həyatını itirib. Xilas olunan iki uşağın ciddi xəsarətlərlə yaxınlıqdakı xəstəxanaya aparıldığı bildirilir.

Yol nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm