Tiflisdə fəlakət: 5 nəfər ölüb, 10 nəfər itkin düşüb - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Tiflisdə fəlakət: 5 nəfər ölüb, 10 nəfər itkin düşüb - FOTOLAR (YENİLƏNİB)

İyunun 13-dən 14-nə keçən gecə Gürcüstanda yağan güclü leysan yağışları ölkənin bir neçə bölgəsində, o cümlədən paytaxt Tbilisidə ciddi fəsadlar törədib. Tbilisi şəhərinin meri David Narmaniya bildirib ki, gecə yağan leysan yağışları nəticəsində Tbilisidə 5 nəfər ölüb, bir neçə adam itkin düşüb. İtkin düşənlərin axtarışları davam edir.

Paytaxtda ən çox ziyan Qəhrəmanlar Meydanı adlanan əraziyə dəyib. Burada heyvanxananı su basıb və vəhşi heyvanların bir neçəsi qaçıb.

“Rustavi-2” telekanalının məlumatına görə, Vere çayının Sanodze küçəsindən keçən hissəsində itkin düşmüş insanların axtarışları davam edir.

Fövqəladə vəziyyətin idarə olunması üzrə şuranın başçısı Mindiya Canalidze ölənlərin ailələrinə başsağlığı verib, insanlardan imkan daxilində küçələrə çıxmamağı xahiş edib. O, hökumətin təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər gördüyünü bildirib.

Bu gün, həmçinin Gürcüstan polisi də Tbilisinin mərkəzində yaşayan vətəndaşlara küçələrə çıxmamağı xahiş edib. Polisin məlumatında bildirilir ki, heyvanxananı su basması nəticəsində 6 şir, 6 pələng, 7 ayı və 13 canavar qaçıb və onlar hazırda paytaxt küçələrində ola bilər.

Leysan yağışları nəticəsində Tbilisinin mərkəzindəki bəzi küçə və tunellərdə avtomobillərin hərəkəti tam dayandırılıb.

Gürcüstanın bölgələrində bir neçə kəndi də su basıb, evlərə və təsərrüfatlara ciddi ziyan dəyib.





































Oxumağa davam et
Reklam
Reklam

Gündəm