Saakaşvili: “Tiflisi belə görəndə ürəyim qopdu”
Bizi izləyin

Dünya

Saakaşvili: “Tiflisi belə görəndə ürəyim qopdu”

“Ukrayna Gürcüstana kömək etməyə hazırdır”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili çıxış edib. O, Tiflisdə baş verən sel faciəsindən təsirləndiyini bildirib: “Mən Ukraynanın Daxili İşlər naziri Arsen Avakovla danışdım. Ukraynanın fövqəladə hallar xidməti Gürcüstan hökuməti üçün bütün mümkün yardımı göstərməyə hazırdır. Tiflisdən kadrları izləyəndə ürəyim qopdu. Təbii fəlakət nəticəsində ölənlərin yaxınlarına başsağlığı verirəm”.

Qeyd edək ki, iyunun 13-dən 14-nə keçən gecə Gürcüstanda yağan güclü leysan yağışları ölkənin bir neçə bölgəsində, o cümlədən paytaxt Tiflisdə ciddi fəsadlar törədib. Təbii fəlakət nəticəsində Tiflisdə 5 nəfər ölüb, bir neçə adam itkin düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm