ABŞ Krımdakı referendumu qanunsuz elan elədi
Bizi izləyin

Dünya

ABŞ Krımdakı referendumu qanunsuz elan elədi

ABŞ Krımda martın 16-a təyin edilən və yarımadanın Rusiyaya birləşdirilməsini nəzərdə tutan referendumun legitimliyini tanımaqdan imtina edib. France-Presse agentliyinin verdiyi məlumata görə, Ağ Evdən jurnalistlər üçün verilən açıqlamada Krımla bağlı ist

ABŞ Krımda martın 16-a təyin edilən və yarımadanın Rusiyaya birləşdirilməsini nəzərdə tutan referendumun legitimliyini tanımaqdan imtina edib. France-Presse agentliyinin verdiyi məlumata görə, Ağ Evdən jurnalistlər üçün verilən açıqlamada Krımla bağlı istənilən qərarın yalnız Ukraynanın mərkəzi hakimiyyətinin səlahiyyətində olduğu qeyd olunur.

Xatırladaq ki, referendumla bağlı bülletenə 2 sual daxil ediləcək: 1. Siz Krım Muxtar Respublikasının Rusiya Federasiyası tərkibinə daxil olmasına tərəfdarsınızmı? 2. Siz Krımın 1992-ci il konstitusiyasının bərpasına və Ukraynanın tərkib hissəsi kimi qalmasına tərəfdarsınızmı? /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm