Xüsusi təyinatlılar Tiflisdə yırtıcı heyvan ovuna başladı
Bizi izləyin

Dünya

Xüsusi təyinatlılar Tiflisdə yırtıcı heyvan ovuna başladı

Tiflisdə zooparkdan qaçan heyvanlardan altı canavar, bir ayı, iki şir və pələng xüsusi təyinatlı dəstə tərəfindən öldürülüb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Rustavi-2” telekanalı bildirib.

Qeyd edilir ki, heyvanlar insanların həyatı üçün təhlükə yaratdığından onların öldürülməsi lazım olub. Şəhərin küçələrində hələ də zooparkdan qaçan onlarla heyvan var. Tiflisin polisi yırtıcıların kütləvi qaçışı ilə əlaqədar sakinləri evlərini tərk etməməyə çağırıb. Tiflis meriyasının məlumatına görə, azadlıqda hələ də altı pələng, yeddi ayı və 13 canavar var.

Xatırladaq ki, iyunun 13-dən 14-nə keçən gecə Gürcüstanda yağan leysan yağışları ölkənin bir neçə bölgəsində, o cümlədən paytaxt Tiflisdə ciddi fəsadlar törədib. Təbii fəlakətdən Tiflisin mərkəzi, o cümlədən zoopark ciddi ziyan çəkib. Heyvanların bir hissəsi ölüb, digərləri isə qaçıblar. Heyvanların bəziləri yaxınlıqdakı küçələrdə yatdığından onları zooparka qaytarmaq mümkün olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm