• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Çində şok: 4 uşaq filmdəki intihar səhnəsini təkrarladı

  • Dünya
  • 15 İyun 2015 07:41
  • 590 Baxış
Çində şok: 4 uşaq filmdəki intihar səhnəsini təkrarladı

İngilis yazıçısı Tomas Hardinin bir romanı əsasında çəkilən “Jude filmin ictimai təzyiqlərin səbəb olduğu ailə faciəsindən bəhs edilir. İctimai təzyiqlər və iqtisadi çətinliklərlə yaşayan və bunlardan qaçmaq üçün tez-tez yaşadıqları məkanları dəyişdirən cütlükbir müddət sonra ayrılır. Bütün bu yaşananlardan mənfi təsirlənən cütlüyün 4 uşağı birlikdə intihar edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, filmdəki intihar hadisəsinin bənzəri Çində yaşanıb.

Çinin Bijin şəhərində bir mənzildə 4 uşağın cəsədi tapılıb. Yaşları 5 ilə 13 arasında olan uşaqların dərmanı içərək intihar etdiyi məlum olub.Uşaqların anasının mart ayında əri ilə ayrılaraq evi tərk etdiyi, atanın da uşaqlarına bir kredit kartı qoyaraq getdiyi bildirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR