Klinton: “Mən ABŞ-ın ilk qadın prezidenti olacağam”
Bizi izləyin

Dünya

Klinton: “Mən ABŞ-ın ilk qadın prezidenti olacağam”

Hillari Klinton Demokrat Partiyasından ABŞ prezidenti postuna namizədliyi ilə bağlı rəsmən seçkiqabağı təbliğat kampaniyasına start verib.

Publika.az-ın məlumatına görə, Nyu-Yorkda minlərlə seçicisi qarşısında çıxış edən keçmiş birinci xanım bildirib ki, rifah təkcə rəhbərlərə və böyük şirkətlərin menecerlərinə deyil, ölkənin bütün vətəndaşlarına aid olmalıdır: “Əgər siz uğur qazanmasanız, Amerika da uğur qazanmaz”.

O, maliyyə bazarlarında nəzarət, vergi islahatı, eləcə də homoseksuallar və onların ailələrinə qarşı ayrı-seçkiliyin qadağan edilməsi və sair mələlərlə bağlı da fikirlərini səsləndirib. Xanım Klinton bildirib ki, o, ABŞ-da seçkilər tarixində ilk qadın-prezident olacaq: “Ola bilər ki, mən bu seçkidə ən gənc namizəd olmayım, amma mən ABŞ-ın ilk xanım prezideni olacam”.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm