Ermənistanda Rusiya əsgəri öldürüldü: qatil tutulub - (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Ermənistanda Rusiya əsgəri öldürüldü: qatil tutulub - (YENİLƏNİB)

Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasında rus hərbçisinin meyiti tapılıb.

Publika.az Ermənistanın “news.am” saytına istinadən xəbər verir ki, hərbi qulluqçunun cəsədi bazanın yaxınlığında olan "Ana Ermənistan" abidə kompleksinin ərazisində aşkar edilib.

Bu barədə mətbuata Şirak vilayətinin prokuroru Raffi Aslanyanın açıqlama verib. Onun sözlərinə görə, qətlə yetirilmiş şəxs 102 saylı Rusiya hərbi bazasının hərbi qulluqçusu İvan Novikovdur. O, Ermənistanda 2-3 aydır xidmət edir. Qətlə yetirilmiş hərbçinin bədənində bıçaq xəsarətləri aşkarlanıb. Qətlin hansı səbəbdən törədildiyi məlum deyil.

***

Gümrüdə öldürülən rus əsgərinin qatili tapıldı

Ermənistanın Gümrü şəhərində Rusiyaya məxsus 102 saylı hərbi bazada öldürülən rus əsgərinin qatili tapılıb. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə bazanın şəxsi heyətlə iş üzrə rəis müavini Aleksey Polyuxoviç bildirib.

O, deyib ki, həmin şəxs bazada müqavilə əsasında işləyib: “Onunla təhqiqatçılar işləyirlər və həmin şəxs hazırda ifadə verir. Saxlanılan şəxsin adını isə deyə bilmərəm”.

Məlumata görə, öldürülən şəxsin bıçaqlanmasına səbəb aralarında yaranan mübahisə olub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm