“Əl-Qaidə”-nin tanınmış yaraqlısı öldürüldü - FOTO
Bizi izləyin

Dünya

“Əl-Qaidə”-nin tanınmış yaraqlısı öldürüldü - FOTO

ABŞ-ın Liviya ərazisinə endirdiyi hava zərbəsi nəticəsində “əl-Qaidə”-nin tanınmış yaraqlısı Mokhtar Belmokhtar öldürülüb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Liviya hökuməti açıqlama yayıb. Məlumata görə, əməliyyat ölkənin şərqində yerləşən Ajdabiya şəhərində baş tutub.

Hava hücumunda iki "F-15" qırıcı təyyarəsinin iştirak etdiyini və bir neçə 225 kiloqramlıq bomba atıldığı deyilir.

Rəsmi Pentaqon isə hava zərbəsinin hədəfinin Belmokhtar olduğunu təsdiqləsə də, onun öldürüldüyü haqqında heç bir məlumat verməyib.

Pentaqon sözçüsü Steve Warren deyib ki, əməliyyatın nəticələri qiymətləndirilir və buna müvafiq olaraq daha ətraflı məlumat veriləcək.

Xatırladaq ki, əlcəzairli Mokhtar Belmokhtar 2013-cü ildə 38 əsirin ölümü ilə nəticələnən qaz yatağına hücumun təşkilatçısı idi. Əsasən qərb ölkələrindən olan 38 nəfərin 3-ü amerikalıdır.

Belmokhtarın öldürülməsi ilə bağı xəbərlər daha öncə də yayılsa da, öz təsdiqini tapmamışdı.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm