Amerika nəşri: “ABŞ Rusiya sərhədlərinə ağır texnika yeridir”
Bizi izləyin

Dünya

Amerika nəşri: “ABŞ Rusiya sərhədlərinə ağır texnika yeridir”

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Şərqi Avropanın bir neçə ölkəsində və Baltikyanı ölkələrdə döyüş tankları, piyada döyüş maşınları və digər ağır texnikanı yerləşdirməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Times” nəşri yazıb.

Nəşrin iddiasına görə, bu ölkələrdə yerləşdiriləcək amerikalı hərbçilərin sayı 5 minə qədər olacaq. “Bu Avropaya Rusiyanın mümkün təcavüzünün saxlanılması üçün əhəmiyyətli addımdır. Əgər Pentaqonun təklifi bəyənilərsə, bu o deməkdir ki, ABŞ və NATO ittifaqın Rusiya sərhədinə yaxın ərazilərdə yerləşən ölkələrini qətiyyətlə müdafiə edəcəklər”, - Amerika nəşri qeyd edib.

“The New York Times” xatırladır ki, ABŞ və onların müttəfiqləri Rusiya ilə əməkdaşlığa cəhd edərək əvvəllər Şərqi Avropada qoşunlar və hərbi texnikanın daimi yerləşdirilməsindən çəkinirdilər.

Qəzetin yazdığına görə, Pentaqonun hazırkı planları bunlardır: Litva, Latviya və Estoniyanın hər birində bir bölük, Polşa, Rumıniya, Bolqarıstan və Macarıstanda isə bir batalyon üçün hərbi texnikanın yerləşdirilməsi.

“Pentaqonun təklifi onunla bağlıdır ki, ABŞ yaxın vaxtlarda Rusiya ilə münasibətlərdə gərginliyin azalmayacağını dərk etdi”, - Amerika nəşri bildirir.

Rusiya prezidenti Vladimir Putin isə “Rusiyanın mümkün təcavüzü” barədə Qərbdə səsləndirilən iddialara İtaliyanın “Corriere Della Sera” nəşrinə müsahibəsində cavab verib: “Düşünürəm ki, yalnız naxoş insan Rusiyanın NATO-ya hücum edəcəyini təsəvvür edə bilər. Bəzi ölkələr Rusiya barəsində qorxularla möhtəkirlik edirlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm