İngilis qadın 3 ildir gözlərini bağlaya bilmir
Bizi izləyin

Dünya

İngilis qadın 3 ildir gözlərini bağlaya bilmir

Üç il əvvəl üzündə bir cərrahiyyə əməliyyat etdirən Devn Knigt adlı ingilis qadın həkim səhvinin qurbanı olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qadın səhv əməliyyat nəticəsində gözlərini bağlaya bilmir.

Həkim əməliyyatın səhv həyata keçirildiyini etiraf edib, ancaq sığorta şirkəti əməliyyatdan əvvəl hər hansı bir zərərin xəstəxana tərəfindənödəniləcəyinə dair təminat vermədiyi üçün yenidən əməliyyatın keçirilməyəcəyini söyləyib.

Mütəxəssislər yuxuda olarkən belə gözlərini bağlaya bilməyən qadının görmə qabiliyyətini itirə biləcəyini bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm