Abramoviç və Kərimov “qara siyahı”ya düşdü
Bizi izləyin

Dünya

Abramoviç və Kərimov “qara siyahı”ya düşdü

Rusiyalı milyarder Roman Abramoviç BritaniyanınThe Guardian” nəşrinin hazırladığı “qara siyahı”ya düşüb.

Publika.az xəbər verir ki, siyahıya kömür şirkətlərinə malik olan 12 milyarder yer alıb.

Britaniya nəşrinin hazırladığı siyahıda yer alan milyarderlərin şirkətlərinin havaya buraxdığı karbon qazının ümumi miqdarıdünyada atmosferin ən böyük çirkləndiricisi hesab edilən Çinin tullantılarının illik həcminə bərabərdir. Kömür milyarderlərinin siyahısında birinci yerdə hindistanlı Vinod Şantilal Adani yerləşib.

Rusiya milyarderiRoman Abramoviç isə siyahının ikinci yerindədir. Nəşr bildirir ki, Rusiyanın ən böyük kömür şaxtası olan ”Raspadskoy”un təxminən dörddə biri Abramoviçə aiddir.Şaxtanın kömür ehtiyatı 1.52 milyard ton qiymətləndirilir.

Ümumilikdə, siyahıya Rusiyadan 7 milyarder düşüb. Dağıstanlı milyarder Suleyman Kərimov siyahıda beşinci yerdədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm