• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Poroşenko Moskvanı Yanukoviçə rüşvət verməkdə ittiham etdi

  • Dünya
  • 16 İyun 2015 09:07
  • 252 Baxış
Poroşenko Moskvanı Yanukoviçə rüşvət verməkdə ittiham etdi

Ukrayna prezidenti Pyotr Poroşenko 2013-cü ilin sonunda kredit kimi Kiyevə verilən 3 milyard dolların Rusiyaya qaytarılması perspektivini yüksək səviyyədə müzakirə etməyi təklif edib.

Publika.az xəbər verir ki, prezident təklifini “Bloomberg” agentliyinə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Rusiya bu pulu Ukraynaya onun təsir sahəsini tərk etməməsi üçün rüşvət olaraq verib. “Bu rüşvət idi”, - Pyotr Poroşenko vurğulayıb.

Amma Poroşenko jurnalistin “Sizin sözləriniz kreditin qaytarılmayacağı anlamına gəlirmi?” sualına cavab verməkdən yayınıb. Ukrayna prezidenti deyib ki, ölkəsi məsuliyyətli davranış sərgiləyəcək: “Bu, Maliyyə Nazirliyi və hökumətin məsuliyyətidir”.

Poroşenko əlavə edib ki, Ukraynaya verilən pulun statusu barədə əlavə müzakirələri tələb edir: “İndiyə qədər dəqiq müəyyən edilməmişdir ki, bu, dövlət borcudur və ya ticarət borcudur”.

Xatırladaq ki, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin və Ukraynanın o vaxtkı prezidenti Viktor YanukoviçAvropa Birliyi ilə Ukraynanın assosiasiyası haqqında danışıqların dayandırılmasınaəvəz olaraq Kiyevə maliyyə yardımının göstərilməsi barədə razılaşıblar. Nəticədə Rusiya Ukraynaya 15 milyard dollar kredit verməyi öhdəsinə götürüb. Bundan başqa, “Qazprom” Ukraynaya satdığı qazın qiymətində 100 dollar endirim edib.

Dekabr ayında isə Kiyev 3 milyard dollar məbləğində kreditin ilk tranşını alıb. Ukraynada hakimiyyət dəyişikliyindən sonra isə Moskva Ukraynaya verilməsi nəzərdə tutulan kreditin digər hissəsini verməkdən, eyni zamanda qazın qiymətində endirim etməkdən imtina edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR