“Əl-Qaidə”nin Yəmən qolunun başçısı öldürülüb
Bizi izləyin

Dünya

“Əl-Qaidə”nin Yəmən qolunun başçısı öldürülüb

“Əl-Qaidə” terror təşkilatının Yəmən qolunun rəhbəri (AKAP) Nasir əl-Vaxişi iyunun 12-də Amerika pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə CNN-ə Yəmənin təhlükəsizlik orqanlarındakı mənbə bildirib.

AKAP-ın üzvləri həmçinin “Twitter” səhifəsində liderlərinin şəhid olduğunu bildiriblər. Onun yerini isə Kasm al-Rimi tutub.

Amerika kəşfiyyat strukturlarındakı mənbə qeyd edib ki, Nasir əl-Vaxişinin ölümünü təsdiqləmək üçün araşdırma aparılır. CNN-nin xəbərinə görə, AKAP Nasir əl-Vaxişi “Əl-Qaidə”də “ikinci nömrəli şəxs” idi. O, bir neçə dəfə internetdə yayılan videoçarxlar vasitəsilə müsəlmanları ABŞ-a qarşı müharibəyə və xaçı məhv etməyə çağırıb.

Məlumata görə, o, üç il əvvəl Yəməndə həbsxanadan qaçıb. O, “Əl-Qaidə”nin keçmiş lideri Üsamə Bin Ladenin şəxsi katibi işləyirdi.

AKAP-ın əsası 2009-cu ildə qoyulub. Təşkilat 2009-cu ilin dekabrında Amsterdamdan Detroyta uçan sərnişin təyyarəsində baş tutmayan terror aktı ilə məşhurdur. Qruplaşma 2011-ci ildə Yəmən prezidenti Abdulla Salehin devrilməsində yaxından iştirak edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm