Daha bir Buş ABŞ prezidenti olmaq istəyir
Bizi izləyin

Dünya

Daha bir Buş ABŞ prezidenti olmaq istəyir

ABŞ-ın Florida ştatının keçmiş qubernatoru Jeb Buş Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Jeb Buş keçmiş ABŞ prezidentləri, Corc H.V. Buşun oğlu, Corc V.Buşun isə qardaşıdır. Mayamidə əhali ilə görüşən Jeb Buş ölkəni “düzgün yola salacağını” bildirib.

O həm də ştat qurbernatorluğundan qazandığı dövlət idarəetmə təcrübəsini ölkəni Vaşinqtonda yaranmış mənfi siyasi nüfuzdan qurtarmağa və ABŞ-ın iqtisadi superdövlətə çevrilməsinə sərf edəcəyinə söz verib.

Xatırladaq ki, Jeb Buş respublikaçılar partiyasından namizədlik vermiş 11-ci siyasətçidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm