Səudiyyə Ərəbistanı edam rekorduna doğru gedir
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanı edam rekorduna doğru gedir

Dünyada edamın ən çox həyata keçirildiyi üç ölkədən biri olan Səudiyyə Ərəbistanı öz rekordunu yeniləyə bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkəyə qadağan olunan dərmanları keçirməkdə ittiham olunan suriyalı İsmayıl əl-Tevmin edamı ilə 2015-ci ildə edam edilənlərin sayı 100-ə çatıb.

Ötən il isə ölkədə ümumilikdə 87 nəfər edam edilib. Beynəlxalq Əfv Təşkilatı isə edam cəzaları üçün göstərilən səbəblərin beynəlxalq normalarla uyğun gəlmədiyini bildirib. Belə ki, edam cəzalarının əksəriyyəti narkotik maddələrin dövriyyəsi və istifadəsi ilə bağlıdır. Beynəlxalq Əfv Təşkilatı hesab edir ki, beynəlxalq hüquqda narkotik maddələrin dövriyyəsi və istifadəsi edam cəzası tələb edən kriminal kateqoriyaya daxil deyil.

Səudiyyə Ərəbistanında edam rekordu 192 edamla 1995-ci ilə aiddir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm