İsrail amerikalı jurnalistlərdən cizgi filmi çəkdi - VİDEO
Bizi izləyin

Dünya

İsrail amerikalı jurnalistlərdən cizgi filmi çəkdi - VİDEO

İsrailin Xarici İşlər Nazirliyi Qəzza ilə bağlı 50 saniyəlik videoçarx hazırlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Qəzzada gözlərinizi açın” adlı videoçarxda Qəzza sektorundan xəbər hazırlayan xarici jurnalistlər parodiya edilir.

Videoçarxın əsas personajı olan amerikalı müxbir iddia edir ki, Qəzzada terrorçu yoxdur və yalnız dinc sakinlər var. Bu anda isə onun arxasında üzü maskalı silahlı şəxs peyda olur və raket atır.

İkinci səhnədə isə müxbir döyüşçülərin tunellərinə düşür. Tunelin divarlarında İsrailə gedən yolu göstərən yazı var. Silahlı döyüşçülər İsrailə tərəf addımlayırlar. Növbəti səhnədə isə həmin müxbir danışır ki, Fələstin cəmiyyəti liberal dəyərləri bölüşür və HƏMAS hamıya azad yaşamaq hüququ verib. Bu anda arxa planda silahlı şəxs küçədə ticarətlə məşğul olan bir nəfərin başına kisə keçirərək onu naməlum istiqamətə aparır.

Sonrakı kadrda jurnalistə eynəyi uzadaraq onu həyata olduğu kimi baxmağa çağıran qadın çıxır. Jurnalist eynəyi taxır, ətrafa göz gəzdirir və huşunu itirir.

ABŞ-ın “The New York Times” nəşri isə parodiyanı tənqid edib. Amerika nəşri hesab edir ki, İsrail höküməti cizgi filminin köməyi ilə ictimai rəyə təzyiqi göstərməyə və Fələstin-İsrail münaqişəsinin işıqlandırılmasında problemlər yaratmağa çalışır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm