Bu uşaq Nobel mükafatını və Barak Obama ödülünü alacaq - FOTO
Bizi izləyin

Dünya

Bu uşaq Nobel mükafatını və Barak Obama ödülünü alacaq - FOTO

Amerikalı Tanişk Abraam təhsilini cəmi 11 yaşında başa vurub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, Sakramento şəhərindəki “American River College”i üç diplomla bitirib.

O, riyaziyyatı və xarici dilləri mükəmməl mənimsəyib. Xarici medianın yazdığına görə, əgər Tanişk Abraam təhsilindəki müvəffəqiyyətləri bu cür davam etdirsə, Nobel mükafatına və ABŞ prezidenti Barak Obamanın xüsusi mükafatına layiq görüləcək.

ABŞ mətbuatı azyaşlının tezliklə ölkə rəhbəri tərəfindən mükafatlandırılacağını vurğulayır. O, indi hələlik bakalavr üzrə təhsilini davam etdirir.

Qeyd edək ki, Abraam orta məktəbi yüksək qiymətlərlə bitirəndə Barak Obama tərəfindən təbrik məktubu alıb. Əslən İngiltərədən olan Tanişk həm də “Microsoft” proqramının ən gənc mütəxəssislərindəndir. O, hələ 5 yaşında ekspert dərəcəsi almışdı.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm