“ABŞ-ın dünya hökmranlığı qeyri-mümkün fantaziyadır”
Bizi izləyin

Dünya

“ABŞ-ın dünya hökmranlığı qeyri-mümkün fantaziyadır”

“Dünya səhnəsində Birləşmiş Ştatların rolu getdikcə azalır. Çünki Rusiya, Çin və Hindistan siyasi hökmranlığını möhkəmlədərək Vaşinqtonu sıxışdırmağa başlayıb”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə amerikalı siyasi analitik Qrem Fuller bildirib.

“Yeni super dövlətlərin ortaya çıxması onların ABŞ-la qarşıdurma riskini özü ilə gətirir. Birləşmiş Ştatlar hazırda beynəlxalq tənəzzül vəziyyətində olan ölkədir. Bu isə onu başqa ölkələrlə münaqişəyə çəkə bilərlər”, - amerikalı analitik hesab edir.

Onun sözlərinə görə, beynəlxalq arenada tənəzzülün səbəbləri ABŞ-a yaxşı məlumdur, ancaq Vaşinqton bunu qəbul etmək istəmir. Fullerin fikrincə, “Amerika imperiyası qocalmayandır” fikri ABŞ-ın tənəzzülünün əsas səbəblərindən biridir.

Bundan başqa, siyasi analitik vurğulayır ki, ABŞ-ın dünya hökmranlığına zərbə vuran əsas faktorlardan biri də ölkənin xarici siyasətidir: “İraq, Əfqanıstan, Yəmən və Somalidə aparılan müharibələr ABŞ-ı təcrid etdi. Dövlətlərin əksəriyyəti də ABŞ-dan müstəqil siyasət aparmağa çalışırlar. ABŞ-ın dünya hökmranlığı qeyri-mümkün fantaziyadır. Amerika dünya jandarmı rolunda çıxış edərək bütün dünyaya “qiymətli göstərişləri”ni verməyə öyrəşib. Ancaq həmin günlər artıq keçib. Amma bununla belə ABŞ bu rolu yenə də oynamağa çalışır və bununla bütün dünyanı təhlükə qarşısına qoyur. ABŞ-da hesab edirlər ki, əvvəlki kimi tək super dövlət rolunda çıxış etmək hüququna malikdirlər. Bu isə çox təhlükəlidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm