Fransızlar Putinin Fransa prezidenti olmasını arzulayırlar
Bizi izləyin

Dünya

Fransızlar Putinin Fransa prezidenti olmasını arzulayırlar

Məşhur aktyor Jerard Depardye fransızların Rusiya prezidenti Vladimir Putini özlərinin prezidenti kimi görmək istədiyini deyib.

Publika.az RİA informasiya agentlyinə istinadən xəbər verir ki, aktyor bu barədə “France TV Info”ya açıqlamasında bildirib.

“Mən düşünürəm ki, Fransada insanlar çox bədbəxtdirlər. Onların çoxu Putini özlərinin prezidenti kimi görmək istəyərdilər”, - aktyor vurğulayıb.

Budan əvvəl isə Jerard Depardye Rusiya üçün ölməyə hazır olduğunu söyləmişdi.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin fransız aktyora 2013-cü ilin yanvarında Rusiya vətəndaşlığı verib. O, illik gəliri milyon avrodan yuxarı olan vətəndaşlardan 75 faiz vergi tutulmasına etiraz olaraq 2012-ci ilin dekabrında Fransa vətəndaşlığından imtina edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm