Milyarder prezident postu uğrunda mübarizəyə başladı
Bizi izləyin

Dünya

Milyarder prezident postu uğrunda mübarizəyə başladı

Amerikalı multimilliarder Donald Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini elan edib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” informasiya agentliyi bildirib.

“Mən ən böyük prezident olacağam”, - 69 yaşlı Tramp bəyan edib.

Ipsos şirkəti ilə “Reuters” tərəfindən birgə keçirilən rəy sorğusunun nəticələrinə görə, milyarder Respublikaçılar Partiyasından prezidentliyə 13 mümkün namizəd arasında qalib gəlmək şansları baxımından 12-ci yeri tutur. Bir başqa sorğuya görə, amerikalıların 50 faizindən çoxu heç vaxt Trampa səs verməyəcəyini bildirib.

Bundan əvvəl respublikaçılardan 12 nəfər prezidentliyə namizədliyini rəsmən elan edib. İctimai rəy sorğularına görə, onlardan Florida ştatının qubernatoru, ABŞ-ın 43-cü prezidenti kiçik Corc Buşun qardaşı Ceb Buşun şansları daha yüksək qiymətləndirilir. Demokratlardan isə 4 nəfər prezident postu uğrunda mübarizə aparacağını bəyan edib. Onlardan keçmiş birinci xanım və dövlət katibi Hillari Klintonun şansları daha yüksəkdir.

ABŞ-da prezident seçkiləri 8 noyabr 2016-cı ildə keçiriləcək. İyul ayında partiyalar namizədlərini müəyyənləşdirəcəklər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm