Tiflisdə ölənlərin sayı 19-a çatıb - FOTO
Bizi izləyin

Dünya

Tiflisdə ölənlərin sayı 19-a çatıb - FOTO

Gürcüstanda yağan leysan yağışları nəticəsində paytaxt Tiflisdə baş vermiş daşqınlarda ölənlərin sayı 19-a çatıb.

Gürcüstanın Təhlükəsizlik və Fövqəladə Halların İdarə Olunması üzrə Dövlət Şurasının yaydığı məlumata görə, həlak olanların 17-nin kimliyi məlum olub, digər 2 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi işləri davam edir. Hazırda 6 nəfər ölkə vətəndaşı itkin düşmüş hesab olunur.

Şəhərin dağıntılara məruz qalmış hissələrində təmir-bərpa işləri davam etdirilir. Hesablamalara görə, şəhər infrastrukturuna 20 milyon dollardan çox ziyan dəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm