Putin: “Bu raketlər istənilən müdafiə sistemlərini keçə biləcək”
Bizi izləyin

Dünya

Putin: “Bu raketlər istənilən müdafiə sistemlərini keçə biləcək”

Rusiya ordusunun nüvə arsenalına bu il 40 yeni qitələrarası və ballistik raket daxil ediləcək.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bun barədə Rusiya prezidenti Vladimir Putin Moskvada təşkil edilən “Armiya-2015” Beynəlxalq Hərbi Texnologiyalar Sərgisinin açılış mərasimində bildirib.

Putin ölkəsinin əvvəllər olduğu kimi hərbi güclərin inkişafına böyük əhəmiyyət verəcəyini dilə gətirib. Onun sözlərinə görə,Rusiya ordusunun nüvə arsenalına bu il əlavə olunacaq yeni qitələrarası və ballistik raketlər hər cür müdafiə sistemlərini keçə biləcək gücdə olacaq.

Rusiya prezidenti 2020-ci ilə qədər Rusiya ordusunun silah arsenalının 70 faizinin yeni nəsil silahlar olacağını deyib.

Qeyd edək ki, bu gün başlayan “Armiya-2015” silah gərgisi 19 iyuna qədər davam edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm