Donetskdə kimya zavodunda partlayış – VİDEO
Bizi izləyin

Dünya

Donetskdə kimya zavodunda partlayış – VİDEO

Ukraynanın Donetsk şəhərində yerləşən kimyəvi zavodda güclü partlayış baş verib.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, ilkin informasiyaya görə, müəssisədə yanğın olub.

“Zərər çəkənlər və həlak olanlar haqqında məlumatlar yoxdur”, - şəhərin administrasiya rəhbəri İvan Prixodko bildirib.

Zavod Donetsk aeroportunun yaxınlığında yerləşir. Müəssisənin yerləşdiyi ərazi separatçıların nəzarətindədir. Yerli sakinlər partlayışdan sonra səmada yaranan tüstü buludunu çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Həmçinin bildirilir ki, partlayış nəticəsində yaranan zərbə dalğası hətta şəhərin mərkəzində hiss olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm