Süleyman Dəmirəl Ankaradan kənarda dəfn ediləcək
Bizi izləyin

Dünya

Süleyman Dəmirəl Ankaradan kənarda dəfn ediləcək

Türkiyə tarixinə damğa vuran şəxslərdən biri olan 9-cu prezident Süleyman Dəmirəl doğulduğu Sparta şəhərində son mənzilinə yola salınacaq.

Publika.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Süleyman Dəmirəl Turqut Özaldan sonra Ankaradan kənarda dəfn olunan ikinci prezident olacaq.

Türkiyənin 9-cu prezidenti həyat yoldaşının yanında dəfn ediləcək.

Qeyd edək ki, Süleyman Dəmirəl iyunun 17-də, yerli vaxtla 02:00 radələrində 91 yaşında müalicə aldığı Ankara Güvən Xəstəxanasında dünyasını dəyişib. Dəmirəl mayın 13-də ürək çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Süleyman Dəmirəlin şəxsi həkimi Aylın Cəsur jurnalistlərə açıqlamasında keçmiş prezidentin son dəqiqəyə qədər şüurunun yerində olduğunu, axşam yeməyini birlikdə yediklərini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm