Gizli diplomatiyada kürd bazarlığı: 7 bəndlik anti-Türkiyə planı
Bizi izləyin

Dünya

Gizli diplomatiyada kürd bazarlığı: 7 bəndlik anti-Türkiyə planı

Diplomatik əlaqələri olmayan Səudiyyə Ərəbistanı və İsrailin 2014-cü ildən bu yana 5 dəfə gizli şəkildə masaya oturduqları və 7 maddəlik bir plan hazırladığı ortaya çıxıb.

Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, planın Türkiyəni yaxından maraqlandıran hissəsi sərhəddə bir kürd dövlətinin qurulmasıdır.

Səudiyyə Ərəbistanı və İsrailin xarici siyasətinə istiqamət verən şəxslər bu ayın əvvəlində ABŞ-ın paytaxtı Vaşinqtonda görüşüblər. İki ölkənin nümayəndələri müxtəlif tarixlərdə Hindistan, İtaliya və Çexiyada bir araya gəliblər. Yeddi bəndlik planda İsrail və ərəblər arasında sülhün əldə edilməsi, İranda rejim dəyişikliyi, ortaq bir ərəb ordusunun yaradılması və Türkiyə sərhədində müstəqil kürd dövlətinin qurulması kimi məsələlər yer alıb.

Vaşinqtonda keçirilən toplantıda Səudiyyə Ərəbistanının hökumət məsləhətçisi Ənver Eşki qeyd edib ki, bölgədə Türkiyə, İran və İraqın hədəflərinə maneə törədilməsi üçün “Böyük Kürdüstan” qurulmalıdır. Gizli toplantılarda İsraili Dore Gold təmsil edib.

Siyasi analitiklər 2 ölkənin yeni bir Osmanlı dövlətinin qurulmasından və bölgədə təsirli bir güc olaraq ortaya çıxmasından narahat olduqlarını bildirirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm