• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ermənilərin dayağı getdi: milyarder Kirk Kerkoryan öldü

  • Dünya
  • 17 İyun 2015 12:41
  • 1 929 Baxış
Ermənilərin dayağı getdi: milyarder Kirk Kerkoryan öldü

ABŞ-da yaşayan məşhur erməni milyarderi Kirk Kerkoryan ölüb.

Publika.az xəbər verir ki, bu barədə “USA Today” nəşri milyarderin sahibi olduğu “MGM Resorts International” mehmanxanalar şəbəkəsinin rəsmi məlumatına istinadən bildirib.

Qeyd edilir ki, Kerkoryan Las-Veqas qumarxanalarının yaradılmasında həlledici rolu oynayıb və Beverli-Xillzin ən zəngin sakinlərindən biri idi. 2012-ci ildə onun sərvəti 3,3 milyard dollar qiymətləndirilirdi.

98 yaşındakı erməni milyarder müsahibələr vermir və açıq çıxışlar etmirdi.

“Bloomberg” agentliyi xatırladır ki, 2008-ci il dünya maliyyə böhranı milyarderə ciddi maliyyə itkiləri verib. Onun “Ford Motor Co” kompaniyasındakı səhmlərindən maliyyə itkiləri təxminən 600 milyon dollar olub. Milyarder həmçinin “MGM Resorts International” mehmanxanalar şəbəkəsinin səhmlərinin qiymətinin aşağı düşməsindən xeyli zərər çəkib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR