Yapon alimlərindən tarixi kəşf - xərçəng xəstəliyini ilk 3 dəqiqədə müəyyən edəcəklər
Bizi izləyin

Dünya

Yapon alimlərindən tarixi kəşf - xərçəng xəstəliyini ilk 3 dəqiqədə müəyyən edəcəklər

Yapon alimləri xərçəng xəstəliyinin ilk üç dəqiqədəki əlamətlərinin, habelə bu ağır xəstəliyə yoluxma ehtimalı yüksək olan insanların müəyyənləşdirilməsinin yolunu tapıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin tibb mütəxəssisləri bununla bağlı xüsusi texnologiya hazırlayıblar. Həmin texnologiyaya əsasən, hər hansı şəxsdən götürülən bir damla qanın müayinəsi əsasında həmin adamın onkoloji xəstəliyə yoluxma ehtimalını əvvəldən müəyyənləşdirmək mümkün olacaq.

Bildirilir ki, yapon alimləri xərçəng xəstəliyini ilk 3 dəqiqədə müəyyən edəcəklər.

Ölkənin “MYTECH” şirkəti bununla bağlı xüsusi avadanlıq hazırlayıb. Həmin istiqamətdə ilk kliniki sınaqlara gələn ildən başlanılacaq. Hazırda həmin istiqamətdə işlərə hazırlıq görülür.

Qeyd edək ki, son illər xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı artıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm