Con Kerri: “Putin bizim haqlı olduğumuzu göstərdi”
Bizi izləyin

Dünya

Con Kerri: “Putin bizim haqlı olduğumuzu göstərdi”

“Rusiya kimi güclü dövlətin liderindən bu cür bəyanatları eşidəndən sonra narahat olmamaq mümkün deyil”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinin “Armiya-2015” Beynəlxalq Hərbi Texnologiyalar Sərgisinin açılış mərasimində səsləndirdiyi bəyanatı şərh edərkən deyib.

Qeyd edək ki, Putin bəyanatında Rusiya ordusunun nüvə arsenalına bu il 40 yeni qitələrarası və ballistik raket daxil ediləcəyini bildirib. Onun sözlərinə görə, Rusiya ordusunun nüvə arsenalına bu il əlavə olunacaq yeni qitələrarası və ballistik raketlər hər cür müdafiə sistemlərini keçə biləcək gücdə olacaq.

“Əgər kimsə bizim təhlükəsizliyimizi hədələyirsə, biz həmin ərazilərə zərbə güclərimizi tuşlamalı olacağıq”, - Putin vurğulayıb. Rusiya prezidenti Qərbi daha əvvəl “İsgəndər” raketləri ilə hədələyib.

“Rusiya tərəfindən nüvə silahı ilə hədələr stabilliyi pozur və təhlükəlidir. Və bu onu göstərir ki, biz hərbi güclərimizin döyüş hazırlığını artırmaqda haqlıyıq. Biz əmin olmalıyıq ki, güclərimiz NATO-nun üzvləri üçün istənilən təhlükəyə hazır olacaq”, - dövlət katibi deyib.

Con Kerri bildirib ki, Putinin sözləri strateji hücum silahlarının ixtisarı haqqında müqavilənin ruhuna ziddir. Onun sözlərinə görə, ABŞ 1990-cı illərdən nüvə silahının məhv edilməsi üçün Rusiya ilə əməkdaşlıq edir: “Heç kim istəmir ki, biz geriyə addım ataq. Düşünürəm ki, heç kim “Soyuq müharibə” dövrünə qayıtmaq istəmir. NATO-nun genişlənməsi, Rusiya Federasiyasına yaxın yerləşən ittifaq üzvlərinin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün həyata keçirilən proqramlar və ABŞ-ın Avropada raket əleyhinə müdafiə sisteminin qurulması üzrə planlardan Rusiyanın narahat olduğu məlumdur. Ancaq bu məsələləri danışıqlar yolu ilə müzakirə etmək olar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm