Britaniya kraliçası II Yelizavetanın ən azyaşlı dostu – FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

Britaniya kraliçası II Yelizavetanın ən azyaşlı dostu – FOTOLAR/VİDEO

8 yaşlı Məhəmməd bin Ahməd Caber Xarbi Britaniya kraliçası II Yelizavetanın ən yaxşı azyaşlı dostu seçilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hər şey bu yaxınlarda ingilis şəhəri Epsonda baş vermiş təsadüfi görüşdən sonra başlayıb.

Məhəmməd bin Ahməd Caber Xarbi atası Həmdan Əl Məktumla həmin şəhərdə keçirilən at yarışlarını izləməyə gəlib. II Yelizavetanın yaxınlığında dayanmış azyaşlı heç kimdən çəkinməyərək gözlənilmədən Britaniya kraliçasına yaxınlaşıb. 8 yaşlı uşaq əvvəlcə şlyapasını başından çıxarıb. Sonra isə salamlaşmaq üçün əlini kraliçaya uzadıb. Azyaşlının bu jesti II Yelizavetanın xoşuna gəlib. İnternet saytlara yerləşdirilən bu görüntülər dünyada maraqla izlənən videoçarxlardan birinə çevrilib.

Qeyd edək ki, Məhəmməd bin Ahməd Caber Xarbinin atası Həmdan Əl Məktum Dubay şahzadəsinin dostudur. Dubay şahzadəsi özünün “instaqram” səhifəsində 8 yaşlı Məhəmməd bin Ahməd Caber Xarbinin fotolarını paylaşıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm